"Neftçi" tarix yazmağa davam edir

  Bölmə: Ölkə futbolu | 4458 | 23:14 01-08-2019
"Neftçi" tarix yazmağa davam edir

Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”ı (Tula, Rusiya) məğlub edib.

 “Bakcell Arena”da keçirilən görüşdə “Neftçi” rəqib qapısından üç cavabsız top keçirib.

Bakı təmsilçisinin heyətində Rauf Əliyev, Dario Frederiko və Mamadu Mboj fərqləniblər.

Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

İki oyununun nəticəsinə görə, “Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.


Digər xəbərlər