Korifey idmançımızın 50 illik yubileyi federasiyada qeyd olunub

  Bölmə: Cüdo | 345 | 21:23 02-08-2019
Korifey idmançımızın 50 illik yubileyi federasiyada qeyd olunub

Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında (ACF) Olimpiya çempionu, milli komandamızın məşqçisi Nazim Hüseynovla görüş olub.

ACF-in baş katibi Elmar Babanlı təcrübəli mütəxəssisi 50 yaşı tamam olması münasibətilə federasiyanın rəhbərliyi və ölkənin cüdo ictimaiyyəti adından təbrik edib, ona cansağlığı, Azərbaycan idmanının inkişafında yeni-yeni nailiyyətlər arzulayıb. Sonra yubilyara ACF-in xüsusi hədiyyəsi təqdim edilib.

Nazim Hüseynov təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib.

Təəssüflər olsun ki, Nazim Hüseynov kimi korifey idmançımızın yubiley mərasimi təmtəraqlı şəkildə qeyd olunmayıb.

Qeyd edək ki, Nazim Hüseynov dünyanın tanınmış cüdoçularından biridir və azarkeşlərin yaddaşında dərin iz buraxaraq onların sevimlisinə çevrilib. Olimpiya çempionu və digər nüfuzlu yarışların qalibi və mükafatçısı olan Nazim Hüseynov Azərbaycanda cüdonun inkişafı və dünya miqyasında tanınması istiqamətində mühüm xidmətlər göstərib.


Digər xəbərlər