Əmrə Mor rəsmən "Qalatasaray" da!

  Bölmə: Xarici futbol | 932 | 21:28 02-08-2019
Əmrə Mor rəsmən "Qalatasaray" da!

İstanbulun “Qalatasaray” futbol klubu Əmrə Morun transferini rəsmən təsdiqləyib.

22 yaşlı yarımmüdafiəçi İspaniyanın “Selta Viqo” klubundan birillik icarə əsasında “Qalatasaray”a keçib. İstanbul klubu buna görə İspaniya təmsilçisinə 600 min, futbolçuya isə 725 min avro ödəyib. Müqaviləyə əsasən, “Qalatasaray” bir ildən sonra 8 milyon avro ödəyərək 22 yaşlı hücumçunu transfer edə bilər. Əmrə Mor Türkiyə milli komandasında keçirdiyi 15 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər