Qadın voleybolçularımız olimpiadaya lisenziya uğrunda ikinci məğlubiyyətini alıb

  Bölmə: Olimpiya Növləri | 115 | 09:32 03-08-2019
Qadın voleybolçularımız olimpiadaya lisenziya uğrunda ikinci məğlubiyyətini alıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində ikinci oyununu keçirib.

24 yığma komandanın çıxış etdiyi turnirdə Azərbaycan millisi “D” qrupunda Braziliya, Dominikan Respublikası və Kamerun ilə birgə yer alıb. Yığmamızın yer aldığı qrupun oyunları Braziliyanın Uberlandiya şəhərində təşkil olunub.

Komandamız növbəti görüşündə Braziliya ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz ilk qarşılaşmada Dominikan Respublikasına məğlub olub - 0:3.

“A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, “B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, “C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, “E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, “F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparır. “A” qrupunun oyunlarına Polşa, “B” qrupunun görüşlərinə Çin, “C” qrupuna ABŞ ev sahibliyi edir. Rusiyada “E”, İtaliyada isə “F” qrupunun qarşılaşmaları keçirilir.

Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa “Tokio 2020”yə vəsiqə əldə edəcəklər.


Digər xəbərlər