"APOEL" - "Qarabağ" matçını italiyalı hakimlər briqadası idarə edəcək

  Bölmə: Ölkə futbolu | 339 | 20:47 03-08-2019
"APOEL" - "Qarabağ"  matçını italiyalı hakimlər briqadası idarə edəcək

 “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə (Kipr) ilk oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək. Ona həmyerliləri Fabiano Preti və Alberto Tegoni yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

6 avqust Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyun 21:00 APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Davide Massa

Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni

Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)

UEFA hakim-inspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə) Nikosiya. GSP stadionu 


Digər xəbərlər