Milan 21 yaşlı futbolçu transfer edib

  Bölmə: Xarici futbol | 525 | 16:52 04-08-2019
Milan 21 yaşlı futbolçu transfer edib

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”un ən yaxşı oyunçusu, əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser “Əmpoli” klubundan “Milan”a transfer olub.

 21 yaşlı yarımmüdafiəçi İsmael Bennaserla beş il müddətinə müqavilə bağlanıb. “Milan” “Əmpoli”yə əlcəzairli oyunçuya görə 17 milyon avro ödəyəcək. İsmael Bennaser ötən mövsüm “Empoli”nin heyətində 38 oyunda meydana çıxıb.


Digər xəbərlər