Yunan-Roma yığmamız dünya ikincisi olub

  Bölmə: Güləş | 932 | 21:08 04-08-2019
Yunan-Roma yığmamız dünya ikincisi olub

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.

Yunan-Roma güləşi üzrə yığmamız mundialda uğurlu çıxış edib.

Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub.


Digər xəbərlər