"APOEL" in baş məşqçisi : "Hesab edirəm ki, hələ heç nə bitməyib"

  Bölmə: Xarici futbol | 1017 | 13:31 07-08-2019
"APOEL" in baş məşqçisi : "Hesab edirəm ki, hələ heç nə bitməyib"

“Qarabağ”ın oyununu öz meydanında keçirdiyi matçda izləmişəm. Rəqibin oyununa bələd idik. İlk 45 dəqiqə yaxşı oynadıq.

Bu sözləri APOEL klubunun baş məşqçisi Paoli Trametsani avqustun 6-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən APOEL-“Qarabağ” qarşılaşmasından sonra təşkil olunmuş mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, birinci qoldan sonra komandası çətinliklər yaşayıb: “Daha sonra ikinci qolu qapımızda gördük. Bizim də qol imkanlarımız oldu və qol vurmağı bacardıq. Düşünürəm ki, daha sistemli mübarizə apara bilərik. Rəqibə qarşı oynamaq çətin idi. Qoldan sonra boşluqlar yarandı və bizim üçün daha çətin oldu. Futbolçular nəticədən məyus olublar, onlarla danışdıq və sabahdan cavab qarşılaşmasına hazırlaşacağıq. Hesab edirəm ki, hələ heç nə bitməyib”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.


Digər xəbərlər