"APOEL" - "Qarabağ" matçında maraqlı olay : Almeyda oyun zamanı meydanda dirsəklənərək uzandı

  Bölmə: Maqazin | 1139 | 14:49 07-08-2019
"APOEL" - "Qarabağ" matçında maraqlı olay : Almeyda oyun zamanı meydanda dirsəklənərək uzandı

Avqustun 6-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "APOEL" - "Qarabağ" matçında maraqlı olay yaşanıb.

OLİMPSPORT xəbər verir ki, görüşün ikinci hissəsində Kipr klubunun futbolçusu standart vəziyyətdən "Qarabağ" ın qapısına zərbə vurakən, Ağdam təmsilçisinin futbolçularının çəkdiyi canlı səddin arxasında Riçard Almeyda futbol meydanlarında nadir rast gəlinən halda dirsəklənərək, uzanıb. Dəniz kənarında istirahət edən adam obrazında görünən Almeydanın yəqin ki, məqsədi topun yerlə gəldiyi halda ona mane olmaq olub. Xoşbəxtlikdən isə top divar səddinin üstündən vurulub və qapıçı Vaqner da Silva topu dəf edib. Yaxşı ki, top divar səddinin altından vurulmadı.Bu isə yerdə dirsəklənən Almeydanın rahatlığına mane ola bilərdi.


Digər xəbərlər