"Qarabağ" - "APOEL" matçının biletləri satışa çıxarılıb

  Bölmə: Ölkə futbolu | 83 | 16:27 07-08-2019
"Qarabağ" - "APOEL" matçının biletləri satışa çıxarılıb

 “Qarabağ” – “APOEL” oyununun biletləri satışa çıxarılıb

 UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Kiprin “APOEL” klubları arasında avqustun 13-də Bakıda keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.

OLİMPSPORT  “Qarabağ” klubunun saytına istinadla xəbər verir ki, biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif olunur. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki “Iticket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Xatırladaq ki, ötən gün oynanılan birinci görüşdə “Qarabağ” səfərdə “APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər