Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan ilk oyunları da başa çatıb

  Bölmə: Xarici futbol | 118 | 08:55 08-08-2019
Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan ilk oyunları da başa çatıb

Avqustun 7-də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin növbəti beş oyunu keçirilib.

 Türkiyə təmsilçisi “Başakşəhər” doğma azarkeşlər önündə Yunanıstanın “Olimpiakos” klubuna məğlub olub - 0:1.

Portuqaliyanın “Portu” klubu səfərdə Rusiyanın “Krasnodar” komandasını eyni hesabla məğlubiyyətə uğradıb.

Avstriyanın LASK klubu səfərdə İsveçrə təmsilçisi “Bazel”i 2:1 hesabı ilə üstələyib.

“CFR Cluj” (Rumıniya) - “Seltik” (Şotlandiya) oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Günün son oyununda “Rusenborq” (Norveç) səfərdə “Maribor” (Sloveniya) klubunu məğlub edib – 3:1.

Bu komandalar arasında cavab görüşləri bir həftə sonra keçiriləcək.

Xatırladaq ki, ötən gün Azərbaycan çempionu “Qarabağ” üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin APOEL klubunu 2:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər