"Qalatasaray" Türkiyə Superkubokuna sahib olub

  Bölmə: Xarici futbol | 470 | 08:59 08-08-2019
"Qalatasaray" Türkiyə Superkubokuna sahib olub

Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.

Ankaranın “Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb. Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb - 1:0.

Birinci hissə elə bu hesabla başa çatıb. İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, “Cim-bom” superkuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu qələbə sayəsində “Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.


Digər xəbərlər