Gürcüstanda keçirilən Qran-pri turnirində beş güləşçimiz finala yüksəlib

  Bölmə: Güləş | 826 | 09:03 08-08-2019
Gürcüstanda keçirilən Qran-pri turnirində beş güləşçimiz finala yüksəlib

Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri start götürüb.

Birinci yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəliblər. Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. Belə ki, yığmamızın xalçaya çıxan hər üç üzvü finala vəsiqə qazanıb. Ölkəmizi 63 kiloqram çəki dərəcəsində təmsil edən Murad Məmmədovla Elman Muxtarov finalda üz-üzə gələcəklər. Digər finalçımız isə İslambek Dadovdur (72 kq). Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün keçiriləcək


Digər xəbərlər