Nizami Hacıyev dünya üçüncüsü olub

  Bölmə: Olimpiya Növləri | 665 | 09:33 09-08-2019
Nizami Hacıyev dünya üçüncüsü olub

Özbəkistanın Daşkənd şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində Azərbaycan komandasının aktivinə daha 1 medal əlavə olunub.

Olimpsport.az -ın məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan Nizami Hacıyev bürünc medala sahib olub. Yığmanın üzvü ilk döyüşündə Honkonq, ardından Qazaxıstan təmsilçisini yarışdan kənarlaşdıraraq, misirli idmançıya da qalib gəlib. Yarımfinalda isə bolqarıstan idmançısı keçilməz olub. Xatırladaq ki, yarışlar daha iki gün davam edəcək.


Digər xəbərlər