"Bney Yehuda" nın baş məşqçisi : "Neftçi" çox güclü komandadır"

  Bölmə: Xarici futbol | 789 | 09:43 09-08-2019
"Bney Yehuda" nın baş məşqçisi : "Neftçi" çox güclü komandadır"

Birinci hissə yaxşı alındı. Təhlükəli epizod yarada bildik və iki qol vurduq. Bu, ilk rəsmi matçımız idi. İkinci hissədə müdafiəni düşündük. Oyundan əvvəl qarşılaşmanın bu hesabla bitəcəyini desəydilər, inanmazdım. Amma 2:0-dan sonra hesab ürəyimcə olmadı.

Bu fikri İsrailin “Bney Yehuda” komandasının baş məşqçisi Yossi Abukasis UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında “Neftçi” ilə heç-heçə (2:2) etdikləri görüşdən sonra mətbuat konfransında söyləyib.

O, jurnalistlərin müəyyən suallarına cavab vermək istəməyib: “Sizin komanda ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik. “Neftçi” çox güclü komandadır. Biz cavab matçında siyahıya əlavə oyunçu sala bilməyəcəyik. Bunun üçün təəssüflənirik. İsraildəki görüşün necə bitəcəyini zaman göstərəcək”.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra İsraildə keçiriləcək.


Digər xəbərlər