UEFA "Qəbələ" yə görə Tbilisinin "Dinamo" komandasını cərimələyib

  Bölmə: Xarici futbol | 569 | 10:26 09-08-2019
UEFA "Qəbələ" yə görə Tbilisinin "Dinamo" komandasını  cərimələyib

UEFA-nın intizam komitəsi Gürcüstanın “Dinamo-Tbilisi” komandasını cərimələyib.

UEFA-nın qərarı ilə “Dinamo” 50 min avro cərimə olunub. Qurumun digər qərarı ilə “Dinamo-Tbilisi” komandasının Hollandiyanın "Feyenoord" komandası ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək. Buna səbəb Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşü zamanı "Dinamo" azarkeşlərinin irqçi davranışları göstərilib.

Bundan başqa, "Feyenoord"la oyun zamanı Boris Payçadze adına "Dinamo" stadionunda #EqualGame banneri asılmalıdır.


Digər xəbərlər