Messinin vurduğu top ötən mövsümün ən yaxşı qolu seçilib

  Bölmə: Xarici futbol | 578 | 17:52 09-08-2019
Messinin vurduğu top ötən mövsümün ən yaxşı qolu seçilib

 “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin “Liverpul”un qapısına cərimə zərbəsindən vurduğu top mövsümün ən yaxşı qolu seçilib.

Mayın 1-də turnirin yarımfinal mərhələsinin birinci görüşündə hesab 2:0 olarkən Lionel Messinin 28 metr məsafədən cərimə zərbəsindən vurduğu top “Liverpul”un qapıçısı Alison Beyker üçün əlçatmaz olub.

Qeyd edək ki, “Barselona” həmin qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab matçında 0:4 hesablı məğlubiyyətlə üzləşdiyindən turnirdə mübarizəni dayandırıb.


Digər xəbərlər