V.Balavadze turnirində güləşçimiz dünya çempionunu məğlub edərək finala yüksəlib

  Bölmə: Güləş | 134 | 20:20 09-08-2019
V.Balavadze turnirində güləşçimiz dünya çempionunu məğlub edərək finala yüksəlib

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Üçüncü yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

82 kq-da çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib.

Bu mərhələdə Elvin Mürsəliyev uduzsa da, Rafiq Hüseynov Ermənistanın dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə - 9:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.

Orxan Nuriyev (97 kq) də yarımfinalda dünya çempionuyla qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib. Beka Kandelaki (130 kq)

Elvin kimi bürünc medal uğrunda mübarizə aparacaq.

Sərbəst güləşçilərimizdən isə Hacımurad Məhəmmədsəidov (86 kq) finala adını yazdırıb. Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.


Digər xəbərlər