"Qarabağ" - "APOEL" matçının hakimləri müəyyən olunub

  Bölmə: Ölkə futbolu | 58 | 06:02 11-08-2019
"Qarabağ" - "APOEL" matçının hakimləri müəyyən olunub

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - APOEL matçının hakimləri müəyyənləşib.

Görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq.

Qeyd edək ki, görüş avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu komandaların arasında ilk görüş 1:2 hesabı ilə “Qarabağ” klubunun xeyrinə başa çatmışdı.


Digər xəbərlər