Məşhur futbolçu karyerasını başa vurub

  Bölmə: Xarici futbol | 42 | 10:08 13-08-2019
Məşhur futbolçu karyerasını başa vurub

Hollandiya millisinin sabiq futbolçusu Uesli Şneyder karyerasını başa vurub.

Futbolçu 2018-ci ildən Qətərin “Əl Qarafa” klubunun şərəfini qoruyub. Şneyder karyerası ərzində, həmçinin Hollandiyanın “Ayaks”, İspaniyanın “Real Madrid”, İtaliyanın “İnter”, Türkiyənin “Qalatasaray” və Fransanın “Nitsa” klublarında çıxış edib. Ueslinin Hollandiya millisində keçirdiyi 134 görüş yığmanın tarixində rekord nəticədir.


Digər xəbərlər