"Qarabağ" ın play-off mərhələsindəki rəqibi bəlli olub

  Bölmə: Ölkə futbolu | 63 | 09:41 14-08-2019
"Qarabağ" ın play-off mərhələsindəki rəqibi bəlli olub

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda “Linfild”lə üz-üzə gələcək.

Şimali İrlandiya çempionu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Monteneqronun “Sutyeska” komandasını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.


Digər xəbərlər