Futbol üzrə Azərbaycan çempionatının I turunun hakim təyinatları məlum olub

  Bölmə: Ölkə futbolu | 490 | 12:29 14-08-2019
Futbol üzrə Azərbaycan çempionatının I turunun hakim təyinatları məlum olub

Avqustun 14-də Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyunları üçün hakim təyinatları açıqlanıb.

OLİMPSPORT  Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun oyunları dörd günü əhatə edəcək.

Avqustun 16-da “Dalğa Arena”da “Keşlə” – “Qarabağ” qarşılaşmasını Orxan Məmmədov idarə edəcək.

Avqustun 17-də Qəbələ şəhər stadionunda “Qəbələ” – “Sumqayıt” matçına əsas referi Vüqar Həsənli təyin olunub.

Bir gün sonra “Səbail” – “Zirə” oyununa Rəvan Həmzəzadə təyinat alıb.

Turun sonuncu görüşü “Neftçi” – “Sabah” qarşılaşmasında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, “Keşlə” – “Qarabağ” və “Qəbələ” – “Sumqayıt” oyunu saat 19:00-da, “Səbail” – “Zirə”, “Neftçi”- “Sabah” qarşılaşması isə saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.


Digər xəbərlər