Azərbaycan çempionatı tarixində cəmi 10 futbolçu 100 qol səddini aşa bilib

  Bölmə: Ölkə futbolu | 564 | 13:16 14-08-2019
Azərbaycan çempionatı tarixində cəmi 10 futbolçu 100 qol səddini aşa bilib

Azərbaycan Premyer Liqasının tarixində yalnız 10 futbolçu 100 qol səddini adlayıb

 Azərbaycan Premyer Liqasında 2019-2020-ci il mövsümünə avqustun 16-da start veriləcək. Səkkiz komanda 28-ci ölkə çempionatının mükafatları uğrunda mübarizəyə başlayacaq.

İndiyədək keçirilən 27 yarışda 1422 futbolçu qol vurmağı bacarıb.

Ölkə çempionatının tarixinin ən məhsuldar futbolçular cədvəlinə Nazim Əliyev başçılıq edir. O, 183 dəfə fərqlənib.

Müşfiq Hüseynov 125, Rövşən Əhmədov isə 116 dəfə rəqib qapısına yol tapa bilib.

Sonrakı yerləri isə müvafiq olaraq Qurban Qurbanov (115), Samir Ələkbərov (115), Alay Bəhramov (108), Nadir Nəbiyev (103), Xaqani Məmmədov (102), Vadim Vasilyev (102) və Kənan Kərimov (101) tutublar.


Digər xəbərlər