"Neftçi" Avropa Liqası turnirində mübarizəni dayandırdı

  Bölmə: Ölkə futbolu | 1725 | 10:18 16-08-2019
"Neftçi" Avropa Liqası turnirində mübarizəni dayandırdı

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.

Beləliklə, “Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb. “Bney Yehuda” klubu play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər