Bu gün futbol üzrə Azərbaycan çempionatına start veriləcək

  Bölmə: Ölkə futbolu | 276 | 10:58 16-08-2019
Bu gün futbol üzrə Azərbaycan çempionatına start veriləcək

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümünə start veriləcək.

28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion “Qarabağ” ötən mövsümü axırıncı yerdə bitirən “Keşlə”nin qonağı olacaq.

Görüş "Dalğa Arena"da baş tutacaq.

İlk turda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də, “Səbail” – “Zirə” görüşü avqustun 18-də, “Neftçi” – “Sabah” oyunu isə avqustun 19-da olacaq.


Digər xəbərlər