"Qarabağ" azlıqda qalan "Keşlə" komandasını məğlub edib

  Bölmə: Ölkə futbolu | 263 | 21:23 16-08-2019
"Qarabağ" azlıqda qalan "Keşlə" komandasını məğlub edib

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib.

28-ci ölkə çempionatının “Dalğa Arena”da oynanılan açılış matçında sonuncu çempion “Qarabağ” komandası “Keşlə”nin qonağı olub. Görüş ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində İsmayıl İbrahimli vurub.

Xatırladaq ki, birinci tur çərçivəsində avqustun 17-də “Qəbələ” – “Sumqayıt” görüşü oynanılacaq. Avqustun 17-də “Səbail” və “Zirə”, bir gün sonra isə “Neftçi” və “Sabah” komandaları qarşılaşacaqlar.


Digər xəbərlər