"Roma" klubu daha bir türk futbolçunu transfer edib

  Bölmə: Xarici futbol | 276 | 09:58 17-08-2019
"Roma" klubu daha bir türk futbolçunu transfer edib

İtaliyanın "Roma" klubu Türkiyənin "Gənclərbirliyi" komandasının futbolçusu Mert Çetini heyətinə cəlb edib.

italyanlar 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. Anlaşmaya əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə vəsaitin 10 faizi Türkiyə klubuna ödəniləcək.

Qeyd edək ki, M.Çetin 2017-ci ildən "Gənclərbirliyi"nin formasını geyinir. "Roma"da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir.


Digər xəbərlər