Güləşçimiz dünya ikincisi olub

  Bölmə: Güləş | 320 | 22:48 18-08-2019
Güləşçimiz dünya ikincisi olub

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı başa çatıb.

Yarışın son günündə mübarizə aparan daha bir təmsilçimiz medal qazanıb. Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kiloqram) finalda rusiyalı Sergey Stepanova 1:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan güləşçiləri gənclər arasında dünya çempionatını 2 gümüş, 4 bürünc medalla başa vurublar.


Digər xəbərlər