Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib

  Bölmə: Xarici futbol | 603 | 09:46 21-08-2019
Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib

Avqustun 20-də UEFA Çempionlar Liqasının play-off mərhələsinə start verilib.

Atıq üç oyun baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ı üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşlər önündə Hollandiya təmsilçisi “Ayaks”ı qəbul edib. Görüş qolsuz yekunlaşıb.

Digər oyunlarda Belçikanın “Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın “Slaviya” komandası isə Rumıniyada ÇFR-i eyni hesabla məğlub edib (0:1).


Digər xəbərlər