"Trabzonspor" "Liverpul" un hücumçusunu transfer edib

  Bölmə: Xarici futbol | 244 | 07:52 22-08-2019
"Trabzonspor" "Liverpul" un hücumçusunu transfer edib

Türkiyənin “Trabzonspor” klubu İngiltərənin “Liverpul” komandasından Daniel Starrici transfer edib.

İngiltərə yığmasının 29 yaşlı hücumçusu ilə üçillik müqavilə imzalanıb. O, Türkiyə klubuna azad agent statusu ilə keçib. Qeyd edək ki, D.Starricin altı il çıxış etdiyi İngiltərənin “Liverpul” klubu ilə müqaviləsi başa çatıb.

Daha əvvəl “Çelsi” və “Mançester Siti” komandalarının da formasını geyinən oyunçu İngiltərə Premyer Liqasında 218 matçda 76 qol vurub.


Digər xəbərlər