"Linfild" in baş məşqçisi : "Qarabağ" ın heyətində yaxşı futbolçular var"

  Bölmə: Xarici futbol | 566 | 08:03 22-08-2019
"Linfild" in baş məşqçisi : "Qarabağ" ın heyətində yaxşı futbolçular var"

 Bizi çətin oyun gözləyir. “Qarabağ” Avrokuboklarda daim çıxış edən yaxşı kollektivdir. Onların Kiprin APOEL klubuna qarşı son oyunlarına baxdım və ikinci oyunun nəticəsi məni təəccübləndirdi.

Bu sözləri Şimali İrlandiyanın “Linfild” komandasının baş məşqçisi Devid Hili “Qarabağ”la keçirəcəkləri UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransda deyib.

O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqası ilə vidalaşmasından məyus olduğunu diqqətə çatdırıb: “Rəqib indi daha diqqətli oynayacaq. “Qarabağ”ın növbəti matçda çox aqressiv olacağını düşünmürəm. Biz hər iki görüşdə ən yaxşı oyun göstərməliyik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”ın heyətində yaxşı futbolçular var”.

Qeyd edək ki, Belfastdakı qarşılaşma avqustun 22-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab görüşü avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Digər xəbərlər