Çempionlar Liqasının play-off mərhələsində daha üç oyun keçirilib

  Bölmə: Xarici futbol | 260 | 08:19 22-08-2019
Çempionlar Liqasının play-off mərhələsində daha üç oyun keçirilib

UEFA Çempionlar Liqasının play-off mərhələsinin daha üç oyunu keçirilib.

 Rusiya təmsilçisi “Krasnodar” səfərdə Yunanıstanın “Olimpiakos” klubuna böyük hesabla məğlub olub (4:0), “Dinamo Zaqreb” (Xorvatiya) isə doğma azarkeşlər önündə “Rosenborq”un (Norveç) qapısından iki cavabsız top keçirib. “Yanq Boyz” (İsveçrə) - “Crvena Zvezda” oyununda qalib müəyyənləşməyib (2:2).

Xatırladaq ki, mərhələnin ilk oyun günündə Kiprin APOEL klubu öz meydanında Hollandiya təmsilçisi “Ayaks” ilə qolsuz heç-heçə edib. Belçikanın “Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın “Slaviya” komandası isə Rumıniyada ÇFR-i eyni hesabla məğlub edib (0:1). Bu komandalar aranda cavab qarşılaşmaları avqustun 27-28-də olacaq.


Digər xəbərlər