Qurban Qurbanov : " Bakıda qələbə qazanmağa çalışacağıq"

  Bölmə: Ölkə futbolu | 288 | 09:07 23-08-2019
Qurban Qurbanov : " Bakıda qələbə qazanmağa çalışacağıq"

Bu cür vəziyyət futbolda nadir hallarda olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin ilk qarşılaşmasında Şimali İrlandiyada “Linfild”ə uduzduqları (2:3) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib: “Futbolda belə hallara hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.


Digər xəbərlər