APL: "Sumqayıt" komandası doğma meydanda "Səbail" ə böyük hesabla məğlub olub

  Bölmə: Ölkə futbolu | 230 | 08:50 25-08-2019
APL: "Sumqayıt" komandası doğma meydanda "Səbail" ə böyük hesabla məğlub olub

Avqustun 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start verilib.

Turun açılış görüşü “Kapital Bank Arena” stadionunda oynanılıb. “Sumqayıt” klubu “Səbail” komandasını qəbul edib. Görüş paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçi Aftandil Hacıyevin yetirmələrinin heyətində Ağabala Ramazanov (10, 69) və Şəhriyar Rəhimov (51) fərqləniblər.

Xatırladaq ki, mövsümün ilk turunda “Səbail” öz meydanında “Zirə”ni (1:0), “Sumqayıt” isə səfərdə “Qəbələ” komandasını (2:0) məğlub etmişdi. Turun digər oyunları avqustun 25-26-da keçiriləcək.


Digər xəbərlər