"Liverpul" İngiltərə Premyer Liqasında "Arsenal" a qalib gəlib

  Bölmə: Xarici futbol | 228 | 09:50 25-08-2019
"Liverpul" İngiltərə Premyer Liqasında "Arsenal" a qalib gəlib

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun oyunları keçirilib. 

“Enfild” stadionunda “Liverpul” London təmsilçisi “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. “Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan “Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. “Arsenal” isə 6 xalla ikinci yerdədir.


Digər xəbərlər