İtaliya A Seriyası: "Yuventus" ilk tura qələbə ilə başlayıb

  Bölmə: Xarici futbol | 267 | 09:56 25-08-2019
İtaliya A Seriyası: "Yuventus" ilk tura qələbə ilə başlayıb

Avqustun 24-də futbol üzrə İtaliya A Seriyasında 2019-2020-ci il mövsümünə “Parma” - “Yuventus” oyunu ilə start verilib.

 “Ennio Tardini” stadionunda keçirilən qarşılaşma son çempion “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə topu rəqib qapısından 21-ci dəqiqədə Corco Kyellini keçirib.

Turun digər oyunları avqustun 25-26-da keçiriləcək.


Digər xəbərlər