"Qəbələ" ardıcıl 4 rəsmi matçında 4 məğlubiyyətlə yanaşı qapısından 10 cavabsız top buraxıb

  Bölmə: Ölkə futbolu | 449 | 00:41 26-08-2019
"Qəbələ" ardıcıl 4 rəsmi matçında 4 məğlubiyyətlə yanaşı qapısından 10 cavabsız top buraxıb

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.

Bu gün daha iki görüş keçirilib. Günün ilk matçında "Sabah" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesabı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada "Qəbələ" son çempion "Qarabağ"ın qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Beləliklə "Qəbələ" ardıcıl olaraq 4 rəsmi matçında 4 məğlubiyyətlə yanaşı qapısından 10 cavabsız top buraxıb. Xatırladaq ki, sezona Avropa Liqasının turniri ilə start verən " Qəbələ " II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Dinamo" klubuna hər iki görüşdə məğlub olmuşdur (0:2,0:3). Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda " Sumqayıt " komandasına 0:2, ikinci turda isə "Qarabağ " a 0:3 hesabı ilə məğlub olan "Qəbələ" bu uğursuz statistikaya imza atmış olub.

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

25 avqust (bazar)

21:00. “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev “Azersun Arena”

18:45. “Sabah” – “Keşlə” - 0:1

Qol: Vüsal İsgəndərli, 45 Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə")

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

“Bank Respublika Arena”

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov

Zirə İdman Kompleksinin stadionu

24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail” - 0:3

Qollar: Ağabala Ramazanov, 10-pen, Şəhriyar Rəhimov, 51, Ağabala Ramazanov, 69


Digər xəbərlər