"Neftçi" nin uğursuzluğu "Zirə" məğlubiyyəti ilə davam edib

  Bölmə: Ölkə futbolu | 410 | 21:42 26-08-2019
"Neftçi" nin uğursuzluğu "Zirə" məğlubiyyəti ilə davam edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçirilib.

 "Zirə" komandası evdə "Neftçi"ni qəbul edib. FİFA referisi Rəhim Həsənovun idarə etdiyi oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 27-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Cavid Hüseynov olub.

Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında "Səbail" səfərdə "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 3:0. "Sabah" isə öz meydanında "Keşlə"yə uduzub - 0:1.


Digər xəbərlər