"Qəbələ" çempionatda ardıcıl olaraq üçüncü məğlubiyyətə uğrayıb

  Bölmə: Ölkə futbolu | 403 | 22:06 31-08-2019
"Qəbələ" çempionatda ardıcıl olaraq üçüncü məğlubiyyətə uğrayıb

Avqustun 31-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib.

Turun açılış görüşü Qəbələ şəhər stadionunda baş tutub. "Keşlə" klubu "Qəbələ"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Keşlə" klubunun heyətində Slavik Alxasov (10), Tural Bayramlı (39) və Lorenzo Frutos (45, 90) fərqləniblər.

Bu qələbədən sonra "Keşlə" xalların sayını altıya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Qəbələ"nin isə hesabında xal yoxdur.


Digər xəbərlər