Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda xal itirib

  Bölmə: Xarici futbol | 164 | 08:03 01-09-2019
Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda xal itirib

Avqustun 31-də futbol üzrə Türkiyə Superliqasının üçüncü turu çərçivəsində keçirilən oyunlarda "Beşiktaş" doğma meydanda "Rizespor"u qəbul edib.

 "Vodafon Arena"da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə ilk hesabı 37-ci dəqiqədə Rize təmsilçinin hücumçusu Oğulcan Çağlayan açıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 54-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Caner Erkinin ötürməsini Damaqoy Vida dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirib. Tərəflər bundan belə çox çalışsalar da, oyunda hesab dəyişməyib.

Beləliklə, "Beşiktaş" və "Rizəspor" klubları arasında keçirilən qarşılaşmada qalib müəyyənləşməyib 1:1.

Turun digər oyununda "Konyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib. Gərgin keçən qarşılaşmada komandalar hər biri iki qol vurublar 2:2.

Digər görüşdə isə "Dənizlispor" səfərdə "Göztəpə"nin qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.

Bununla "Beşiktaş" çempionatda 4 xalla 7-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqasında üçüncü turun digər oyunları sentyabrın 1-də keçiriləcək.


Digər xəbərlər