İspaniya La Liqası: "Qarabağ" ın rəqibi "Sevilya" doğma meydanda qələbə qazana bilməyib

  Bölmə: Xarici futbol | 569 | 08:12 01-09-2019
İspaniya La Liqası: "Qarabağ" ın rəqibi "Sevilya" doğma meydanda qələbə qazana bilməyib

Avqustun 31-də İspaniya La Liqasının üçüncü turunun növbəti beş oyunu keçirilib.

Turun gözlənilməz hesabı “Barselona” və “Osasuna”ın oyununda qeydə alınıb. Kataloniya təmsilçisi “Barselona” səfərdə “Osasuna”nı məğlub edə bilməyib (2:2). “Barselona”ın heyətində qolları Ansu Fati və Artur, meydan sahiblərinin isə heyətində hər iki qolu Roberto Torres vurub.

“Qarabağ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri “Sevilya” öz meydanında “Selta Viqo”nu qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Ötən mövsüm İspaniya çempionatında beşinci yeri tutan “Sevilya”nın heyətində Franko Vazquez 81-ci dəqiqədə hesabı açıb. Bundan iki dəqiqə sonra qonaqlar Denis Suarezin vurduğu topla hesabı bərabərləşdiriblər. Beləliklə, öz meydanında xal itirmələrinə baxmayaraq, baş məşqçi Xulen Lopeteqinin yetirmələri bu matçdan sonra xallarının sayını yeddiyə çatdıraraq İspaniya çempionatında liderliklərini möhkəmləndiriblər.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Atletik Bilbao” - “Selta Viqo” - 2:0;

“Xetafe” - “Deportivo Alaves” - 1:1;

“Levante” - “Real Vallyadolid” - 2:0;

“Real Betis” - “Leqanes” - 2:1.

Qeyd edək ki, tura sentyabrın 1-də dörd oyunla yekun vurulacaq.


Digər xəbərlər