Cüdoçularımız dünya çempionatında üçüncü yer uğrunda Rusiya ilə yarışacaq

  Bölmə: Cüdo | 194 | 15:43 01-09-2019
Cüdoçularımız dünya çempionatında üçüncü yer uğrunda Rusiya ilə yarışacaq

Cüdo üzrə Yaponiyada keçirilən dünya çempionatında Azərbaycan yığması üçüncü yer uğrunda mübarizədə Rusiya komandası ilə qarşılaşacaq.

Dünya çempionatının son günündə Azərbaycan komandası səkkizdəbir finalda Braziliya yığması ilə mübarizə aparıb. Görüş 4:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb. Təsəlliverici görüşdə Koreya Respublikasının komandası ilə qarşılaşan yığmamız inamlı qələbə qazanıb - 4:2. Bu qələbədən sonra Azərbaycan komandası çempionatın bürünc mükafatı uğrunda mübarizədə Rusiya yığması ilə qarşılaşacaq.


Digər xəbərlər