"Neftçi" azlıqda qalan "Sumqayıt" ı çətinliklə məğlub edib

  Bölmə: Ölkə futbolu | 419 | 21:25 01-09-2019
"Neftçi" azlıqda qalan "Sumqayıt" ı çətinliklə məğlub edib

Sentyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.

 “Neftçi” “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 33-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu Muhdi Şərifi açıb. Fasilədən sonra oyunda dönüş yaradan “flaqman” rəqibin qapısından iki top keçirərək qalib gəlib – 2:1. “Neftçi”nin heyətində Emin Mahmudov (64) və Jozef Monroz (90) fərqləniblər.


Digər xəbərlər