Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Qırğızıstanda keçirilən forumda iştirak edir

  Bölmə: Maqazin | 585 | 06:20 03-09-2019
Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Qırğızıstanda keçirilən forumda iştirak edir

Sentyabrın 1-də Qırğızıstanın Çolpon-Ata şəhərində MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin forumu öz işinə başlayıb.

Foruma adıçəkilən Milli Olimpiya komitələrinin prezidentləri, vitse-prezidentləri və digər üzvləri qatılıblar.

Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibinin müavini Azər Əliyev təmsil edirlər.

12 ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti sentyabrın 4-dək birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.


Digər xəbərlər