Veteran futbolçularımız məhəllə futboluna dəstək məqsədilə uşaqlarla futbol oynadılar

  Bölmə: Ölkə futbolu | 405 | 16:31 03-09-2019
Veteran futbolçularımız məhəllə futboluna dəstək məqsədilə uşaqlarla futbol oynadılar

Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının idarə heyəti məhəllə futboluna dəstək məqsədilə paytaxt məhəllələrin birində azyaşlı uşaqlarla görüşüb və onlarla birlikdə futbol oynayıblar.

OLİMPSPORT xəbər verir ki, Azərbaycan futbolunun canlı əfsanələri Səmədağa Şıxlarov, Nazim Süleymanov, Novruz Əzimov, Əfqan Talıbov və Nadir Şükürov uşaqlara öz dəyərli məsləhətlərini verərək, onlara peşəkar futbolçu olmağın yollarından söz açıblar. Veteran futbolçular onlara top və kitablar hədiyyə ediblər.

Xatırladaq ki, tədbir uşaq futboluna diqqət cəlb etmək üçün videolentə alınıb və həmin videoçarx AFİAHİ-nın yaxın günlərdə keçirəcəyi mətbuat konfransında təqdim olunduqdan sonra sosial şəbəkələrdə də təbliğ olunacaq.


Digər xəbərlər