"Qarabağ" ın nizam-intizamını pozan futbolçu "Neftçi" yə transfer olunub

  Bölmə: Ölkə futbolu | 194 | 22:13 05-09-2019
"Qarabağ" ın nizam-intizamını pozan futbolçu "Neftçi" yə transfer olunub

Bakının “Neftçi” futbol komandası daha bir transferini rəsmiləşdirib.

Haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə imzalanıb.

Otuz yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək. Sonuncu klubu “Qarabağ” (2017-2019-cu illər) olan D.Gerye Haitinin "Violett” (2009-2011-ci illər), “Amerika de Ke” (2011-2013-cü illər), Polşanın “Visla” Krakov (2013-2016-cı illər) və Türkiyənin “Alanyaspor” (2016-2017-ci illər) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018-ci il və 2019-cu il) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib və 11 qol vurub.


Digər xəbərlər