Millimiz Avropa çempionatının seçmə mərhələsində qələbə qazanıb

  Bölmə: Ölkə futbolu | 661 | 23:38 06-09-2019
Millimiz Avropa çempionatının seçmə mərhələsində qələbə qazanıb

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya yığması ilə qarşılaşıb.

Görüşdə Azərbaycan millisi meydana Kamran İbrahimov, Amin Seydiyev, Turan Manafov, Hüseyn Seyliğli, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Şakir Seyidov, Doğukan Öksüz, Fərid Nəbiyev və Barış Ekincier heyəti ilə çıxıb.

“Dalğa Arena”da keçirilmiş qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şimali makedoniyalı hakimlər briqadasının idarə etdiyi matçda yığmamızın heyətində Barış Ekincier dubl edib.


Digər xəbərlər