Namiq Əliyev: "18 lisenziyadan ən azı yarısını dünya çempionatında qazanacağımızı düşünürəm"

Bu gün Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub.
"Bildiyiniz kimi, Tokio Olimpiadasında güləşdə hər çəkidə iştirakçı sayı 21-dən 16-ya salınıb. Bu üzdən lisenziya uğrunda gərgin mübarizə gedəcək. Komandalarımız kifayət qədər hazırlıqlıdır. Hesab edirəm ki, Nur-Sultanda əksər lisenziyaları əldə edəcəyik. Dünya çempionatı ərəfəsində müəyyən problemlərlə üzləşdik. Nurməhəmməd Hacıyev (97 kq) zədələndi. Şərif Şərifovun 92 kq-da güləşməsini planlaşdırırdıq. Ancaq Hacıyevin zədələnməsi səbəbindən Şərifov 97 kq-da çıxış edəcək. Bütün çətinliklərə baxmayaraq, mümkün 18 lisenziyadan ən azı yarısını dünya çempionatında qazanacağımızı düşünürəm. İnşallah, medallarımız da çox olar. Kifayət qədər təcrübəli güləşçilərimiz var. Dünya və Avropa çempionlarımız Qazaxıstanda mübarizə aparacaq. Əsas məqsədimiz Olimpiadaya lisenziyaları qazanmaqdır. Olimpiya Oyunlarına 1 ildən az vaxt qalıb. Ona görə də Tokio-2020-yə hazırlaşmaq lazımdır. Toğrul Əsgərovun zədəsi olsa da, məşqlərdə iştirak edir. İlin sonuna kimi bir neçə turnir var ki, həmin yarışlarda Olimpiya çempionumuzu sınaqdan keçirəcəyik. Vəziyyəti ilə tanış olacağıq. Gələn il Avropa çempionatında da güləşməsi nəzərdə tutulub. Ondan sonra onunla bağlı qərar verəcəyik".
-
Güləşçimiz Kiyev turnirində çempion olub
...
-
Ukraynada güləş üzrə Kiyev turniri davam edir
...
-
Güləşçilərimiz Ukraynada yarışacaqlar
...
-
Oyan Nəzəriani Dünya Çimərlik Oyunlarının bürünc medalına layiq görülüb
...
-
Səudiyyəli qadınlar güləş yarışlarında hakimlik edəcəklər
...
-
Güləş millilərimiz ölkə xaricində təlim-məşq toplanışlarına start verib
...
-
Yunan-Roma millimiz Fransadan 8 medalla qayıdır
...
-
"Qran-pri" turnirində sərbəst güləşçilərimiz 5 medal qazanıb
...
-
Fransada keçirilən "Qran-pri" turnirində iştirak edəcək yunan-Roma yığmamızın heyəti açıqlanıb
...
-
"Qran-pri" turnirində sərbəst güləşçilərimizin rəqibləri məlum olub
...