Namiq Əliyev: "18 lisenziyadan ən azı yarısını dünya çempionatında qazanacağımızı düşünürəm"

Bu gün Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub.
"Bildiyiniz kimi, Tokio Olimpiadasında güləşdə hər çəkidə iştirakçı sayı 21-dən 16-ya salınıb. Bu üzdən lisenziya uğrunda gərgin mübarizə gedəcək. Komandalarımız kifayət qədər hazırlıqlıdır. Hesab edirəm ki, Nur-Sultanda əksər lisenziyaları əldə edəcəyik. Dünya çempionatı ərəfəsində müəyyən problemlərlə üzləşdik. Nurməhəmməd Hacıyev (97 kq) zədələndi. Şərif Şərifovun 92 kq-da güləşməsini planlaşdırırdıq. Ancaq Hacıyevin zədələnməsi səbəbindən Şərifov 97 kq-da çıxış edəcək. Bütün çətinliklərə baxmayaraq, mümkün 18 lisenziyadan ən azı yarısını dünya çempionatında qazanacağımızı düşünürəm. İnşallah, medallarımız da çox olar. Kifayət qədər təcrübəli güləşçilərimiz var. Dünya və Avropa çempionlarımız Qazaxıstanda mübarizə aparacaq. Əsas məqsədimiz Olimpiadaya lisenziyaları qazanmaqdır. Olimpiya Oyunlarına 1 ildən az vaxt qalıb. Ona görə də Tokio-2020-yə hazırlaşmaq lazımdır. Toğrul Əsgərovun zədəsi olsa da, məşqlərdə iştirak edir. İlin sonuna kimi bir neçə turnir var ki, həmin yarışlarda Olimpiya çempionumuzu sınaqdan keçirəcəyik. Vəziyyəti ilə tanış olacağıq. Gələn il Avropa çempionatında da güləşməsi nəzərdə tutulub. Ondan sonra onunla bağlı qərar verəcəyik".
-
Azərbaycan Güləş Federasiyası(AGF) tərəfindən hakimlər üçün seminar keçirilib
...
-
Hacı Əliyev son saniyələrdə ALROSA Kubokunu qazanıb
...
-
Güləşçilərimiz Almaniyada klublararası çempionatda qələbə qazanıblar
...
-
Cəbrayıl Həsənov İranın klublararası çempionatında növbəti qələbəsini qazanıb
...
-
Cəbrayıl Həsənov Almaniya Bundesliqasında növbəti qələbəsini qazanıb
...
-
Cəbrayıl Həsənovun qarşısına çıxan rəqib yoxdur
...
-
Zəlimxan Hüseynov sərbəst güləş yığmamızın baş məşqçi əvəzi təyin olunub
...
-
Cəbrayıl Həsənov İranda klublararası çempionatda növbəti qələbəsini qazanıb
...
-
U-23 güləş yığmamız dünya üçüncüsü olub
...
-
Sərbəst güləşçimiz Turan Bayramov dünya çempionu olub
...