Türkiyə voleybolçuları Avropa çempionatının finalına vəsiqə qazanıb

  Bölmə: Olimpiya Növləri | 145 | 00:08 08-09-2019
Türkiyə voleybolçuları Avropa çempionatının finalına vəsiqə qazanıb

Qadınlar arasında keçirilən voleybol üzrə Avropa çempionatının finalçıları məlum olub 

Finala vəsiqə uğrunda görüşdə Serbiya millisi İtaliyanı, Türkiyə seçməsi isə Polşanı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, çempionatın finalında Serbiya millisi Türkiyə ilə qarşılaşacaq.

İtaliya və Polşa komandaları isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.

Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3.

Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Çempionatın final və üçüncü yer uğrunda matçları sentyabrın 8-də Türkiyədə təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.


Digər xəbərlər